SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracda dövlətə məxsus qurumlar arasında lider olaraq qalır
- 01 mart, 2019
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.
Cari ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "TST Export" MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store" MMC, "Vorld Trade" MMC, "Baku Steel Company" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC -dir.