​SKMF Qəbələ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Biznes
  • 08 iyul, 2015
  • 09:38
​SKMF Qəbələ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı.8 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qəbələ rayonunun Vəndam kəndində fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq və balıqçılıq təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF iyulun 2-də Qəbələ rayonunda işgüzar forum keçirib.

44 filmi