Şirkət rəhbəri: "Azərbaycanda uğurlu startap qurmaq mümkündür"

Biznes
  • 18 noyabr, 2022
  • 07:38
Şirkət rəhbəri: Azərbaycanda uğurlu startap qurmaq mümkündür

"Kim deyirsə ki, mən düzgün ölkədə doğulmamışam, Azərbaycanda uğurlu startap qurmaq mümkün deyil, inanmayın. Bu, mümkündür".

"Report" xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda şirkətlərdən birinin rəhbəri Zeynal Kərimov deyib.

"Mən startap qurmağa başlayanda 34 yaşım, bir övladım var idi. Amma mən hər şeyi atıb ideyalarımın ardınca getdim. Bizim "epoint" startapımız ötən il KOBİA-dan "Startap şəhadətnaməsi" alıb. Sonuncu dəfə aparılmış qiymətləndirməyə görə, startapımızın dəyəri 5 milyon ABŞ dollarından çoxdur", - deyə o, qeyd edib.