​Şimali Kipr Sənaye Palatasının nümayəndə heyəti Azərbaycana gələcək

Biznes
  • 15 yanvar, 2016
  • 11:40
​Şimali Kipr Sənaye Palatasının nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Şimali Kipr Türk Sənaye Palatasının nümayəndə heyəti yanvarın 17-də Azərbaycana gələcək. 

"Report" "Kibrispostasi" saytına istinadən xəbər verir ki, səfər yanvarın 20-dək davam edəcək.  

Məlumata görə, nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirməyi planlaşdırır.