“Silk Vey Vest Aviaşirkəti” I yarımildə 602 milyon manat xalis mənfəət əldə edib

Biznes
  • 02 sentyabr, 2022
  • 05:48
“Silk Vey Vest Aviaşirkəti” I yarımildə 602 milyon manat xalis mənfəət əldə edib

“Silk Vey Vest Aviaşirkəti” MMC bu ilin I yarısını 602,314 milyon manat xalis mənfəətlə başa vurub.

”Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, 6 ay ərzində “Silk Vey Vest Aviaşirkəti”nin vergiyəqədərki mənfəəti 768,141 milyon manat, mənfəət vergisi ödəmələri isə 165,827 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 2 milyard 440,076 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayiəsədə 19,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % azalaraq 1 milyard 338,988 milyon manata, balans kapitalı 75,8 % artaraq 1 milyard 101,088 milyon manata çatıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 172,091 milyon manat, təsisçisi isə “Silk Vey Aviaşirkəti” MMC-dir. Hər iki şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.