Səudiyyə Ərəbistanı ABŞ-dan 15 milyard dollarlıq raket əleyhinə müdafiə sistemləri alacaq

Biznes
  • 29 noyabr, 2018
  • 07:56
Səudiyyə Ərəbistanı ABŞ-dan 15 milyard dollarlıq raket əleyhinə müdafiə sistemləri alacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ ilə THAAD raket əleyhinə müdafiə sistemlərinin satınalınması barədə 15 milyard dollarlıq hökumətlərarası saziş imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Tərəflər yekun müqaviləni noyabrın 26-da imzalasalar da, bu, yalnız indi məlum olub.

44 - Tezliklə