Serbiya Prezidenti: "Azərbaycan şirkətləri dəmiryollarının modernləşdirilməsində iştirak edə bilərlər"

Biznes
  • 22 may, 2018
  • 08:49
Serbiya Prezidenti: Azərbaycan şirkətləri dəmiryollarının modernləşdirilməsində iştirak edə bilərlər
Serbiya Prezidenti Aleksandr Vuçiç

Bakı. 22 may. REPORT.AZ/ "Azərbaycan şirkəti Serbiyada yol çəkilişində iştirak edib. Əgər Azərbaycan şirkətləri belə keyfiyyətli iş ortaya qoya biləcəklərsə, o zaman Serbiyada dəmiryolların modernləşdirilməsində iştirak edə bilər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya dəmiryollarını modernləşdirəcək: "Bu sahədə sizin təcrübənizdən də yararlana bilərik".