​"Şəmkir Aqropark" kapitalını 12% azaldıb

Biznes
  • 13 iyul, 2016
  • 07:11
​Şəmkir Aqropark kapitalını 12% azaldıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Şəmkir Aqropark" MMC-nin təsisçisi şirkətin nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışından məlumat verilib.

Məlumata görə, kapitalın azaldılmasına mayın 16-da qərar verilib. Bu qərara əsasən, "Şəmkir Aqropark"ın kapitalı təxminən 12% və yaxud 955 000 azaldılaraq təsisçinin payının faiz nisbəti dəyişmədən hər birinin nominal dəyəri 70 154,73 manat olan 100 paydan ibarət olmaqla 7 015 473 manat məbləğində müəyyən edilib. 

44 - Tezliklə