“Şəki Kimyəvi Təmizləmə” səhmdarlarına hesabat verəcək

Biznes
  • 20 aprel, 2017
  • 04:58
“Şəki Kimyəvi Təmizləmə” səhmdarlarına hesabat verəcək

Bakı. 20 aprel. REPORT.AZ/ İyunun 7-də, saat 11:00-da “Şəki Kimyəvi Təmizləmə” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Şəki şəhəri, Oğuz şossesi, 4 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətijnin yekunlarının müzakirə edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Şəki Kimyəvi Təmizləmə” ASC 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 51 462 manatdır. 

44 - Tezliklə