"Səba"nın törəmə şirkəti nizamnamə kapitalını kəskin azaldır

Biznes
  • 22 iyul, 2025
  • 17:10
Səbanın törəmə şirkəti nizamnamə kapitalını kəskin azaldır

"Qarabağ Taxıl" MMC nizamnamə kapitalını 6 371 963 manat və yaxud 41,5 % azaldaraq 15 344 350 manatdan 8 972 387 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Cəmiyyət debitor və kreditorları bu barədə xəbərdar edib, qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını, zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olduğunu bildirib.

Xatırladaq ki, "Qarabağ Taxıl" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi 100 % "Səba" ASC-dir.

44 filmi