"Səba"nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

Biznes
  • 19 avqust, 2025
  • 10:35
Səbanın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

"Səba" ASC-nin səhmdarlarının avqustun 18-də, saat 15:00-da keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağının vaxtı sentyabrın 19-u, saat 15:00-a keçirilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq əvvəlcədən deyildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Direktorlar Şurasının 2023-2025-ci illərdəki fəaliyyətinə dair hesabatın və qəbul etdiyi qərarların müzakirə edilməsi, “Səba”nın yeganə təsisçisi olduğu “Qarabağ Taxıl Aqro” MMC-nin nizamnamə kapitalındakı quşçuluq müəsissiəsinə məxsus payların satılması və dividendlərin elan edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.