“Səba”nın səhmdarlarının yığıncağının gündəliyi dəyişib
- 24 noyabr, 2023
- 05:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Səba” ASC-nin səhmdarlarının dekabrın 11-də, saat 15:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişiklik edilib.
“Report” xəbər verir ki, yığıncaqda "Səba"nın təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi, “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təssərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi, səhmdar cəmiyyətinin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilməsi məsələləri ilə yanaşı, "Səba"nın nizamnamə kapitalına dəyişiklik olunması və bununla əlaqədar onun nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi də müzakirə olunacaq.
Xatırladaq ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən baş ofisində olacaq.
"Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.