"Səba"nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib, gündəliyi genişləndirilib
- 19 noyabr, 2025
- 15:03
"Səba" ASC-nin səhmdarlarının noyabrın 18-nə təyin edilmiş növbədənkənar ümumi yığıncağı baş tutmayıb, odur ki, dekabrın 24-ü, saat 15:00-a yeni yığıncaq təyin edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsii, Direktorlar Şurasının tərkinin müəyyən edilməsi və dividendlərin elan edilməsi ilə yanaşı, "Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin "Səba"ya qoşulması daxildir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.