“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 30 mart, 2024
  • 08:29
“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək

Aprelin 30-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report”xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Səba"nın kənar auditorunun seçilməsi, səhmdar cəmiyyətinin təsisçisi olduğu “Səba Orqanik Gübrə” MMC-nin ləğv edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3 %-i Hidayət Quliyevə, yenə də 37,3 %-i "Baku Investment Company" MMC-yə, 25 %-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4 %-i isə digər 11 fiziki şəxsə məxsusdur.

44 - Tezliklə