“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 06 noyabr, 2023
  • 05:13
“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 11-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Səba"nın təsisçisi olduğuğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilnməsi, “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təssərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi, səhmdar cəmiyyətinin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.