“Sea Breeze”də fəaliyyət göstərəcək tibb müəssisəsi dövlət qeydiyyatına alınıb

Biznes
  • 05 avqust, 2025
  • 12:15
“Sea Breeze”də fəaliyyət göstərəcək tibb müəssisəsi dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Referans Sea Breeze Hospital" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 25A, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Ramizoviç Vahabovdur.

E.Vahabov həm də “Leyla Medical Center” MMC-nin direktorudur. Yeni hospital Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində fəaliyyət göstərəcək.

44 filmi