Satınalmalarla bağlı elektron portalın təqdimatı keçirilib

Biznes
  • 01 mart, 2019
  • 08:38
Satınalmalarla bağlı elektron portalın təqdimatı keçirilib
Vüsal Qasımlı
Report

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakıda satınalmalarla bağlı elekton portalın (e-satinalma.gov.az) təqdimatı keçirilib.

“Report” xəbər verir ki, təqdimat mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib.

Onun sözlərinə görə, portal rəhbərlik etdiyi qurumun, eləcə də İqtisadiyyat Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə səyi ilə yaradılıb.

“Elektron portalın yaradılması ölkədə struktur və institusional islahatların tərkib hissəsidir. Satınalınmalar sahəsində portalın fəaliyyəti başlaması rəqabət və biznes mühitinin təkmilləşdirilməsiniə xidmət edəcək. Bununla sahibkarların işi asanlaşacaq. Sahibkarlar əvvəlcədən dövlət orqanlarında hansı istiqamət üzrə işlərin sifariş verilə biləcəyini öyrənəcəklər. Portal iş adamlarına işlərini planlı və sistemli şəkildə həyata keçirməyə kömək edəcək, eyni zamanda, dövlət resurslarının daha səmərəli istifadəsinə gətirib çıxaracaq. Dövlət qurumları 1 il əvvəldən sifarişlərini portalda yerləşdirə biləcəklər”, - V. Qasımlı vurğulayıb.