Şanxaydakı "Azərbaycan Şərab Evi" gələn həftə açılacaq

Biznes
  • 11 may, 2018
  • 08:52
Şanxaydakı Azərbaycan Şərab Evi gələn həftə açılacaq

Bakı. 11 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev sabah Çinin Şanxay şəhərinə səfər edəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumat verən AZPROMO rəsmisi səfərin məqsədini də açıqlayıb: "Gələn həftə Şanxayda "Azərbaycan Şərab Evi"nin açılması ilə bağlı yekun müqavilə imzalanacaq". 

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldıqdan sonra bu sahədə ixrac 2 dəfə artıb. 

44 - Tezliklə