Samirə Musayeva: "Vergi nəzarətində risklərin vaxtında müəyyənləşdirilməsi əsas hədəflərdəndir"

Biznes
  • 20 oktyabr, 2026
  • 12:14
Samirə Musayeva: Vergi nəzarətində risklərin vaxtında müəyyənləşdirilməsi əsas hədəflərdəndir

Vergi nəzarətində risklərin vaxtında müəyyənləşdirilməsi əsas hədəflərdəndir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.

"Komplayns və şəffaflıq həm daxili inzibati prosedurlarımız, həm də biznes subyektləri üçün önəmlidir. Şəffaflıqdan danışarkən, vergi orqanının əsas fəaliyyət göstəricisi kimi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi görünə bilər. Amma əslində, bu yola çıxanda 2018-ci il bir keçid dövrü idi. 2019-cu ildən iqtisadi fəaliyyətin şəffaflaşdırılması və iqtisadi fəaliyyət subyektlərində şəffaf əməliyyatların təşviq edilməsi hədəfi müəyyənləşdirildi. Burada həm nəzarət, həm də təşviq məsələsi var. Nəzarət orqanı komplaynsa nail olmaq üçün yalnız könüllü əməl etməyə və ya təşviqə əsaslanan yanaşma üzərində işləmir. Digər tərəfdən, inzibati resurslarından və nəzarət imkanlarından istifadə edərək böyük həcmli məlumatları vaxtında və düzgün emal etməyi, riskləri vaxtında müəyyənləşdirməyi, hədəfli və ünvanlı nəzarəti təmin etməyi də öz üzərinə götürüb", - deyə o qeyd edib.

Vergi rəsmisi həmçinin deyib ki, kontragentin iqtisadi imkanları vergi risklərinin qiymətləndirilməsində nəzərə alınır: "Vergiyə nəzarət nöqteyi-nəzərindən hüquqi nəticələr kontragentlərlə aparılan əməliyyatlardan yaranır. əni qarşı tərəfin hansısa iqtisadi göstəriciləri sual doğurursa, həmin göstəricilər mövcud deyilsə və yaxud o, real iqtisadi fəaliyyətin iştirakçısı deyilsə, bunun hüquqi nəticələri onunla əməliyyat aparan vergi ödəyicilərində də əks olunur. Ona görə də ötən il "Kontragentini tanı" xidmətini istifadəyə verdik. Bu, əslində o deməkdir ki, biznes öz məlumatları əsasında risk sistemlərini formalaşdırmaqla yanaşı, dövlət orqanının sərəncamında olan məlumat bazasından da istifadə edə bilir. Biz həmin məlumat bazası vasitəsilə vergi ödəyicilərinə iqtisadi fəaliyyət zamanı öz biznes tərəfdaşlarını tanımaq üçün "Kontragentini tanı" xidmətindən istifadə etmək imkanı yaradırıq. Bu xidməti vergi orqanı öz məlumat bazası əsasında təqdim edir. Sahibkar əməliyyata başlamazdan əvvəl qarşı tərəfin iqtisadi resursları, işçi qüvvəsi, təcrübəsi, indiyədək vergi öhdəliklərinə əməl etməsi ilə bağlı tarixçəsi barədə məlumat əldə edə bilir. Bu da, təbii ki, sahibkarın komplayns öhdəliklərinin yerinə yetirilməsi baxımından yardımçı funksiyanı yerinə yetirir".

44 filmi