Şahin Mustafayev: "Hacıqabulda da sənaye zonası yaradılacaq"

Biznes
  • 14 aprel, 2017
  • 08:27
Şahin Mustafayev: Hacıqabulda da sənaye zonası yaradılacaq
Report.az

Bakı. 14 aprel. REPORT.AZ/ "Bu gün Sumqayıt Kimya Sənaye Parkının 10-cu rezidentinin şəhadətnaməsni təqdim edəcəyik". "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Balaxanı Sənaye Parkında da işlər proqrama uyğun davam etdirilir: "Bu ilin may-iyun aylarında Pirallahı Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq. Neftçala Sənaye Məhəlləsində isə sentyabra qədər 8 layihə yekunlaşacaq".

Nazir deyib ki, Hacıqabulda da sənaye zonası yaradılacaq: "Bu vaxta qədər 130 investisiya təşviqi sənədi verilib. Bunun nəticəsində 1,250 mlrd. dollar həcmində investisiya qoyulub".

44 - Tezliklə