Şahin Mustafayev: "Azərbaycanla İran arasında beynəlxalq tranzit 58 % artıb"

Biznes
  • 17 iyul, 2023
  • 13:15
Şahin Mustafayev: Azərbaycanla İran arasında beynəlxalq tranzit 58 % artıb
Şahin Mustafayev

İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.

“Report” “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Gilan vilayətinin Astara şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında deyib.

Ş. Mustafayev bildirib ki, şimal və cənub dəhlizləri ilə beynəlxalq tranzitin həcmi 69 % artıb: "2022-ci ildə isə İran və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmində 30 % artım olub".

İclasda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş iki ölkə arasında ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Görüş zamanı tərəflər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi çərçivəsində əməkdaşlığın təşviqi, sərhədyanı obyektləri, birgə dəmir yolu və avtomobil layihələri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair danışıqlar aparıb.