Şahin Mustafayev: Azərbaycan və Rusiya tarif tənzimlənməsinin parametrlərini müzakirə edib

Biznes
  • 17 aprel, 2026
  • 12:10
Şahin Mustafayev: Azərbaycan və Rusiya tarif tənzimlənməsinin parametrlərini müzakirə edib

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində tarif tənzimlənməsinin parametrlərini nəzərdən keçirib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Dünənki komissiyanın iclasında nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub, əsas hədəflər, onların həyata keçirilmə müddətləri, həmçinin tarif tənzimlənməsinin parametrləri müəyyən edilib. Yükdaşıma həcmlərinin artırılması məsələləri müzakirə olunub, konkret tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib və ən qısa müddətdə praktiki nəticələrin əldə olunacağını gözləyirik", - Baş nazirin müavini vurğulayıb.

44 filmi