Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edib

Biznes
  • 08 iyun, 2026
  • 16:47
Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Xankəndi şəhərində vətəndaşları qəbul edib.

"Report" komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

44 - Tezliklə