Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”

Biznes
  • 25 aprel, 2024
  • 07:05
Sahil Babayev: “Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri potensialı tam əks etdirmir”

Azərbaycanla Macarıstan arasında ticarət münasibətləri inkişaf edir, lakin bu, potensialı tam əks etdirmir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasında ticarət, energetika, humanitar və digər sahələrdə geniş əməkdaşlıq var: “Ölkələrimiz arasında güclü siyasi dialoq qurulub".

Nazir 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 % artdığı bildirilib.

Qeyd edək ki, Macarıstan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard ABŞ dollarını ötüb və bu da əsasən neft-qaz sektoruna yönəlib. Macarıstan şirkətləri ticarət və xidmət, nəqliyyat kimi sahələrdə çox fəaldır və Azərbaycanda 18 şirkət fəaliyyət göstərir.

44 filmi