Sahibkarlara bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Biznes
  • 19 dekabr, 2022
  • 12:37
Sahibkarlara bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2 343 layihəsinin maliyyələşdirilməsi üçün 119,6 milyon manat güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Verilmiş kreditlər hesabına 2 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - M. Cabbarov qeyd edib.

44 filmi