“Sabunçu Tikinti Quraşdırma”nın səhmdarları iqtisadi çətinliklərdən çıxmaq yollarını araşdıracaqlar

Biznes
  • 03 may, 2017
  • 05:23
“Sabunçu Tikinti Quraşdırma”nın səhmdarları iqtisadi çətinliklərdən çıxmaq yollarını araşdıracaqlar

Bakı. 3 may. REPORT.AZ/ İyunun 24-də, saat 16:00-da “Sabunçu Tikinti Quraşdırma” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin hesabatın təsdiq edilməsi, iqtisadi çətinliklərdən çıxmaq yollarının araşdırılması və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Sabunçu Tikinti Quraşdırma” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 92 948 manatdır. 

44 filmi