Rusiyanın telerabitə holdinqi Ermənistandan çəkilmək niyyətindədir

Biznes
  • 15 yanvar, 2020
  • 08:54
Rusiyanın telerabitə holdinqi Ermənistandan çəkilmək niyyətindədir

Rusiyanın “Veon” telerabitə holdinqi Ermənistandakı biznesini yerli “Ucom” mobil rabitə operatoruna satmaq barədə danışıqlar aparır.

“Report” “Komersant”a istinadən xəbər verir ki, bu barədə “Veon”un mətbuat xidməti bildirib.

Qeyd edək ki, “Veon” Rusiya, Ukrayna, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Özbəkistan və Banqladeşdə aktivlərə malikdir.