Rusiya Azərbaycana mərci ixracını kəskin artırıb

Biznes
  • 09 sentyabr, 2022
  • 06:43
Rusiya Azərbaycana mərci ixracını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan xaricdən 4,4 milyon ABŞ dolları dəyərində 3 min 928 ton mərci alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 42 % çoxdur.

Hesabat dövründə Qazaxıstandan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3 dəfə artıb) 1 min 778 ton (+89 %), Qırğızıstandan 982 min ABŞ dolları dəyərində (+17,5 %) 826,3 ton (-20,6 %), Rusiyadan 936 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1 min 028 ton (+2 dəfə), Kanadadan 360 min ABŞ dolları dəyərində (+94 %) 288 ton (+29 %), Türkiyədən 12 min ABŞ dolları dəyərində (-74 %) 7 ton (-84 %) məhsul gətirilib.

Ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.