Ruandadan Azərbaycana qəhvə tədarükü bərpa edilib
- 11 noyabr, 2022
- 05:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 2,152 milyon ABŞ dolları dəyərində 229,87 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə İtaliyadan 810,47 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,4 % çoxdur) 63,42 ton (+50,1 %), Türkiyədən 423,15 min ABŞ dolları dəyərində (+31 %) 57,88 ton (-3,8 %), Braziliyadan 210,68 min ABŞ dolları dəyərində (+85 %) 33,11 ton (+44,5 %), Rusiyadan 167,62 min ABŞ dolları dəyərində (+75 %) 23,31 ton (+27 %), Birləşmiş Ərəb Əmirliklərindən 131,99 min ABŞ dolları dəyərində (+43 dəfə) 9,5 ton (+40 dəfə) məhsul gətirilib.
Üç il 3 aylıq fasilənin ardından Ruandadan tədarük bərpa edilib. Həmin ölkədən 1,62 min ABŞ dolları dəyərində 0,15 ton qəhvə alınıb.