"Rotos Consulting" şəhərlərin dayanıqlı inkişafı naminə sahibkarlıq üçün şərait yaratmağa çağırıb

Biznes
  • 21 may, 2026
  • 14:02
Rotos Consulting şəhərlərin dayanıqlı inkişafı naminə sahibkarlıq üçün şərait yaratmağa çağırıb

Kiçik və orta biznes dayanıqlı və həyat qabiliyyətli şəhərlərin formalaşmasında mühüm rol oynayır, lakin onun potensialının üzə çıxarılması üçün dövlətlər sahibkarlıq təşəbbüsünü məhdudlaşdırmamalı, əksinə, onun inkişafı üçün şərait yaratmalıdır.

"Report"un məlumatına görə, bunu "Rotos Consulting"in idarəedici tərəfdaşı Emil Məcidov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta biznesin imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, məhz dövlət və biznes arasında tərəfdaşlıq modeli yeni şəhər həllərin meydana çıxmasını təmin etməyə, şəhər mühitinin keyfiyyətini artırmağa və iqtisadi aktivliyi stimullaşdırmağa qadirdir.

"Uğurlu iş adamları, bir qayda olaraq, cəmiyyət qarşısında öz məsuliyyətlərini dərk edir və şəhər icmalarının inkişafına sərmayə qoymağa hazırdırlar. Lakin bunun üçün hakimiyyət düzgün infrastrukturu təmin etməlidir. Biznesə həddindən artıq nəzarət yox, aydın oyun qaydaları və manevr azadlığı lazımdır. Dövlət maneə yaradan tənzimləyici deyil, dəstəkləyici tərəfdaş rolunda çıxış etdikdə, bu, şəhər innovasiyaları üçün nəhəng potensial açır. Yalnız belə sinergetik yanaşma vasitəsilə biz həqiqətən həyat qabiliyyətli şəhərlər qura bilərik", - E.Məcidov qeyd edib.

44 filmi