Rizvan Məhəmmədov: Xocalıda istehsal edilən tekstil məhsulları xaricə də ixrac olunur
- 08 sentyabr, 2026
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Xocalıda istehsal edilən tekstil məhsulları xarici ölkələrə də ixrac olunur.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında "Qarabağ Tekstil Evi" MMC-nin təsisçisi Rizvan Məmmədov deyib.
Onun sözlərinə görə, müəssisədə istehsal olunan məhsullar artıq Gürcüstan və Moldovaya da ixrac edilir:
"Bu il mayın 28-də Prezidentin iştirakı ilə açılışı olan müəssisədə 105 nəfər çalışır. Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır. "Qarabağ Tekstil Evi"nin əsas məhsulları olan müxtəlif yataq dəstləri, dəsmallar artıq Gürcüstan və Moldovaya da ixrac olunur. Məhsullarımızın 75 faizi isə daxili bazara çıxarılır.
Ümumiyyətlə, burda 200-ə yaxın adda məhsul istehsal olunur. İllik istehsalımız 1 milyon ədədə çatır. Gələcəkdə geyim istehsalına başlamaq niyyətimiz var. Geyim istehsalında da 100 nəfərin çalışması nəzərdə tutulur. İşçi heyətimiz Böyük Qayıdış çərçivəsində əsasən Xocalı və Ağdama qayıdan vətəndaşlarımızdır".