Ramiz Həsənov: “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətləri artırıb”

Biznes
  • 26 fevral, 2016
  • 15:41
Ramiz Həsənov: “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətləri artırıb”

Bakı. 26 fevral. REPORT.AZ / “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətlərin artmasına gətirib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

"Yoxlamaların dayandırılması bəzi dirnaqarasi "sahibkarlar"ın sui-istifadəsinə gətirib çıxarıb, bu da şikayətlərin artmasına səbəb olub. Şikayətlər demək olar ki, bütün sahələrdən daxil olur”, - deyə komitə sədri qeyd edib.

R.Həsənov "Benzinin keyfiyyətinə dair şikayətlərin olub-olmaması haqqında" sualı şərh edərkkən bildirib ki, benzin əsasən ölkəyə idxal olunur: "Azərbaycana ən yüksək premium-klass idxal olunur. Söhbət keyfiyyət yox, kəmiyyətdən gedə bilər. Biz müntəzəm yoxlamalar aparırıq”.

44 - Tezliklə