Qətər Azərbaycandan ətir tədarükünü bərpa edib

Biznes
  • 18 yanvar, 2022
  • 10:34
Qətər Azərbaycandan ətir tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycan 577,12 min ABŞ dolları dəyərində 16,07 ton ətir və tualet suyu ixrac edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə tədarük dəyər ifadəsində 42,39 %, kəmiyyət olaraq – 4,3 dəfə artıb.

Hesabat dövründə Birləşmiş Ərəb Əmirliklərinə 424,3 min ABŞ dolları dəyərində 5,17 ton, Rusiyaya 69,57 min ABŞ dolları dəyərində 8,74 ton, Qətərə 30 min ABŞ dolları dəyərində 0,45 ton, Amerika Birləşmiş Ştatlarına 24,5 min ABŞ dolları dəyərində 0,35 ton, Türkiyəyə 11,99 min ABŞ dolları dəyərində 0,09 ton məhsul göndərilib.

2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərinə ixrac müvafiq olaraq 32,36 % və 83,33 %, Rusiyaya – 19 dəfə və 67,2 dəfə artıb, Amerika Birləşmiş Ştatlarına – 35 dəfə artıb və 12,5 % azalıb. Üç il 4 aylıq fasilənin ardından Qətərə tədarük bərpa edilib. Son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Türkiyə Azərbaycandan ətir və tualet suyu almayıb.