"QazTrade" "Azexport"la birgə üçüncü ölkələrin bazarlarına çıxmağı planlaşdırır - EKSKLÜZİV

Biznes
  • 30 oktyabr, 2025
  • 13:14
QazTrade Azexportla birgə üçüncü ölkələrin bazarlarına çıxmağı planlaşdırır - EKSKLÜZİV

"QazTrade Ticarət Siyasətinin İnkişafı Mərkəzi" Səhmdar Cəmiyyəti (Qazaxıstan) və "Azexport" (Azərbaycan) əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırır.

Bu barədə "Report"a Mərkəzin icraçı direktoru Aynur Amirbekova Bakıda keçirilən Avrasiya Françayzinq Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, şirkətlər artıq danışıqlar aparıblar və hazırda əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər.

"Rəqəmsal alətlərimizin birgə təşviqi ilə bağlı yeni baxışımız var. Buna görə də memorandum imzalayaraq bu istiqamətdə işimizi davam etdirəcəyik. "Azexport"un milli məhsul və brendlərin təqdim olunduğu səmərəli ticarət platforması var. "QazTrade" də oxşar platformanın yaradılması üzərində işləyir. Gələcəkdə birlikdə xarici bazarlara çıxmaq üçün əməkdaşlıq qurmaq istəyirik", - icraçı direktor vurğulayıb.

O qeyd edib ki, bu gün françayzinq forumunda "Turan" brendinin - türk dünyası ölkələrinin məhsullarının təşviqi məsələsi də qaldırılıb.

"Düşünürəm ki, bu istiqamətdə alətlərimizin praktik tətbiqini həyata keçirə biləcəyik", - A.Amirbekova əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti