Qarabağda türk dünyası ilə bağlı forum keçirilməsi planlaşdırılır

Biznes
  • 16 dekabr, 2025
  • 10:49
Qarabağda türk dünyası ilə bağlı forum keçirilməsi planlaşdırılır

Gələn il Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi ("MÜSİAD Azərbaycan") Qarabağda türk dünyası ilə bağlı forum keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

"Bizim Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrdə şöbələrimiz var. Bu da həmin ölkələrlə iqtisadi, o cümlədən ticarət əlaqələrimizin inkişafı üçün çox önəmlidir", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti