Qaliblər: Azad Mirzəcanzadə İnkişaf Proqramında iştirak etməklə çox böyük təcrübə qazandıq

Biznes
  • 15 sentyabr, 2025
  • 15:48
Qaliblər: Azad Mirzəcanzadə İnkişaf Proqramında iştirak etməklə çox böyük təcrübə qazandıq

Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibləri Zəhra Qənbərova və Ələkbər Hüseynzadə çox böyük təcrübə qazandıqlarını bildiriblər. 

"Report" xəbər verir ki, onlar "Baku TV"yə açıqlamalarında Azad Mirzəcanzadə İnkişaf Proqramı ilə bağlı məlumat topladıqdan sonra ideyalarını layihəyə çevirərək müraciət ediblər:

"Eyni zamanda proqramla bağlı oriyentasiya gününə dəvət aldıq, mentorlarla görüşdük, nəticədə çox böyük təcrübə qazandıq".

Qaliblər layihələri barədə də ətraflı məlumat veriblər.

"Layihəmiz kənd yerində yaşayan həssas qrupdan olan xanımlarla bağlıdır. Belə ki, onlar dibçək gülləri yetişdirib bizə təqdim edəcək, biz də onları qablaşdırıb satışa çıxaracağıq. Satış həm fərdi şəxslər, həm də müxtəlif qurumlar üçün nəzərdə tutulub".

Qeyd edək ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 18-35 yaş arası olan, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır.

Qaliblər: Azad Mirzəcanzadə İnkişaf Proqramında iştirak etməklə çox böyük təcrübə qazandıq

Son xəbərlər

Bütün Xəbər Lenti