Polşanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Biznes
  • 30 mart, 2015
  • 05:31
Polşanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Bakı. 30 mart. REPORT.AZ/ Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski may ayında Azərbaycana səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər may ayının ikinci yarısında baş tutacaq. 

"Y.Pexoçinski Azərbaycanda mayın 21-25-də keçiriləcək aqrar-sənaye sərgisini ziyarət edəcək, eləcə də bir sıra nazirlərlə görüşlər keçirəcək", - diplomatik missiyadan bildiriblər.