“PAŞA Holdinq” yeni şirkət yaradıb

Biznes
  • 04 aprel, 2018
  • 05:16
“PAŞA Holdinq” yeni şirkət yaradıb

Bakı. 4 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi “Competo” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Mircamal Hafiz oğlu Paşayevdir (holdinqin rəhbəri).