Özbəkistan 10 ayda Azərbaycana 4,2 milyon dollarlıq xalça ixrac edib

Biznes
  • 29 noyabr, 2022
  • 07:38
Özbəkistan 10 ayda Azərbaycana 4,2 milyon dollarlıq xalça ixrac edib

Özbəkistan bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 4,2 milyon dollar dəyərində xalça ixrac edib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.

Özbəkistan xalçalarının əsas alıcıları Qırğız Respublikası (18,2 milyon dollar), Əfqanıstan (3 milyon dollar), Rusiya (2,9 milyon dollar), Qazaxıstan (1,3 milyon dollar) və Tacikistan (969 min dollar) olub.

Özbəkistan 10 ay ərzində xaricə 2,6 milyard ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib.