Azərbaycanda ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib
- 31 yanvar, 2023
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Bundan başqa, M.Abbasbəylinin sözlərinə görə, ötən il Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 68 yeni dövlət standartı qəbul edib.
O, qeyd edib ki, Türk Standartları İnstitutu ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9 000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib:
"AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2 700-dən artıq məhsul üzrə 12 000-dən çox sınaq aparılıb. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması istiqamətində işlərə başlayıb. Ötən il Azərbaycan Akkreditasiya Mərkəzi 111 qurumu akkreditə edib, 17 qurumun akkreditasiya sahəsini genişləndirib".