Ötən il Azərbaycan Türkiyədən 2,9 milyard dollara yaxın mal alıb
- 13 yanvar, 2024
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan Türkiyədən 2 milyard 882 milyon ABŞ dollarlıq mal idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, 2022-ci ilin göstəricisinə nisbətən 15,1 % çoxdur. Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1,1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracı illik müqayisədə 0,6 % artaraq 255,809 milyard ABŞ dollara çatıb.
2023-cü ildə Türkiyədən ən çox idxalı Almaniya (21,094 milyard ABŞ dolları; illik müqayisədə 0,2 % az), ABŞ (14,834 milyard ABŞ dolları; 12,1 % az), İraq (12,789 milyard ABŞ dolları; 7 % az) və İngiltərə (12,428 milyard ABŞ dolları; 4,4 % az) həyata keçirib.
Təkcə ötən ilin dekabr ayında isə Türkiyədən Azərbaycana 430 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 68,6 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,9 %-nə bərabər olub.