Orxan Məmmədov: "İndiyədək 1 493 şirkət Qarabağa sərmayə yatırmaq üçün müraciət edib"

Biznes
  • 17 iyul, 2023
  • 10:01
Orxan Məmmədov: İndiyədək 1 493 şirkət Qarabağa sərmayə yatırmaq üçün müraciət edib
Orxan Məmmədov

Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib.

O.Məmmədov bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır: "Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir".

44 filmi