Nihat Məcidov: SABAH.city-də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddırlar
- 15 sentyabr, 2026
- 16:13
Yeniliklərdən dərhal xəbərdar olun!
SABAH.city-də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddırlar və gələcəkdə bunun genişləndirilməsi ehtimalı var.
"Report" xəbər verir ki, bunu Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov "SABAH.city" innovasiya şəhərciyinə media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi şirkətlər üçün gələcəkdə ƏDV vergisindən azad olma da nəzərdə tutula bilər:
"Elə şirkətlər var ki, sadəcə gəlib burada icarəyə yer götürüb yerləşirlər. Amma elə şirkətlər də var ki, müraciət edir və rezidentlik alırlar. Rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddırlar. Misal üçün bunlardan biri mənfəət vergisindən 10 il müddətinə azadolmadır. Vergi qanunvericiliyini, təbii ki, biz tənzimləyə bilmərik. Bununla məşğul olan müvafiq qurumlar mövcuddur. Biz onlarla əməkdaşlıq edir, öz təkliflərimizi göndəririk. Düşünürük ki, gələcəkdə bunun genişləndirilməsi ehtimalı var".