Neyro arıqlamanın digər arıqlama metodlarından fərqi

Biznes
  • 08 iyun, 2023
  • 06:00
Neyro arıqlamanın digər arıqlama metodlarından fərqi

Dünyada hər hansı insan şüurlu və yaxud şüursuz şəkildə çəki atmağa və yaxud ideal çəkini saxlamağa nail olubsa, bunu zehnindəki yanlış inancları dəyişərək əldə edib.

Neyro arıqlama metodu digər arıqlama metodlarından fərqli olaraq sadəcə çəki itirməklə insanı arıqlatmır, eyni zamanda yenidən artıq çəki almağa səbəb ola biləcək inancları təsirsiz hala gətirərək ömür boyu arzu edilən ideal bədənə sahib olmaq üçün gərəkli olan yeni inancların formalaşmasına kömək edir.

Bu metod bədən və zehnin birlikdə fəaliyyət göstərməsinə səbəb olur, yanlış vərdişləri və inancları dəyişdirir, özgüvəni artırır, iradəni gücləndirir, fokuslanma və motivasiyanı təmin edir, keçmişi bağışlamaqla əsəb, qorxu kimi hissləri təsirsiz hala salır, bəhanələri aradan qaldırır.

Qidalanma və hərəkətin miqdarı, bədən və çəki haqqında inanılan lakin artıq çəki almağa səbəb olan inancların və bu inanclara bağlı olaraq yaranmış vərdişlərin dəyişdirilməsinə səbəb olan Deniz Egece metodu Neyroelm sahəsində, yəni beynin funksional quruluşunu diqqətə alaraq real və qalıcı nəticələrin əldə edilməsini təmin edir.

100 il əvvəl dünyada 50 milyon artıq çəkili insan var idi. Bu vəziyyətə çarə olması üçün pəhriz formalaşdırıldı. Bu gün dünyada 3 milyard insan artıq çəkilidir. Neyro Arıqlama bu günə qədər kəşf edilmiş bütün arıqlama metodlarının qalıcı nəticə təmin edə bilməməsi nəticəsində meydana gəlmişdir. Digər arıqlama metodları insan biologiyasına xaricdən müdaxilə edərək arıqlama prosesini təmin etməyə çalışırdı. Neyro Arıqlama isə bədənin biologiyasını daxildən dəyişərək, şüuraltında formalaşmış yanlış inancların dəyişməsi nəticəsində arıqlamanı təmin edən metoddur.

Artıq çəkidən azad olmanın yeganə çıxış yolunun dərman vasitələri olması düşüncəsi uzun illər bu məsələyə qalıcı həll tapılmaması ilə nəticələnmişdir. Halbuki artıq çəki problemləri sağlamlıq problemi deyil, vərdişlərin səbəb olduğu bir problemdir. Əlbəttə obezite (piylənmə) digər sağlamlıq problemlərinə səbəb ola bilər. Lakin insan sağlam və yalnız artıq çəkilidirsə bu davranış və vərdiş problemləri ilə bağlıdır. Yanlış vərdiş və davranışlar bir xəstəlik növü deyildir. Vərdiş və davranışlar insanın inanclarının nəticəsidir. İnanclar yalnız yeni məlumatlarla dəyişir. Aldığımız yeni məlumatları isə təlimlərlə dəyişə bilərik.

Artıq çəkiyə səbəb olan şüuraltında qorunub saxlanan inancların balansda olmaması ilə bağlıdır. Bu hal ətraf mühitdən gələn hər hansı psixoloji təsirlə və ya inanc sisteminin dəyişməsi ilə meydana çıxır. Neyro Arıqlama metodu vasitəsilə şüuraltında olan bütün inancların balanslı hala qaytarılması təmin edilir.

Neyro Arıqlama təlimləri insanın doğruluğuna inandığı lakin onun artıq çəki almasına səbəb olan yanlış məlumatların qorunub saxlandığı inanc sisteminin dəyişməsinə gətirib çıxaran həll yolu təqdim edir. Beləliklə, bu metod insanlara arıqlamanın dərmanlarla deyil, təlimlərlə həll edilə biləcəyini sübut edir.

44 - Tezliklə