"Netflix"in həmtəsisçisi: "Bizneslə məşğul olan insanlar riskə girməkdən qorxmamalıdır"
- 30 sentyabr, 2025
- 10:41

Bizneslə məşğul olan insanlar riskə girməkdən qorxmamalı, irəlidə nə olacağını bilmədən bir yola başlamağa hazır olmalıdırlar.
"Report" xəbər verir ki, bunu "Netflix" şirkətinin həmtəsisçisi Mark Rendolf "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, 2000-ci ildə "Netflix" indikindən çox fərqli bir şirkət idi: "Yəni, biz kiçik idik. Bəlkə də 100 işçimiz var idi. Həmin il biz cəmi 5 milyon ABŞ dolları gəlir əldə etməyə doğru irəliləyirdik. Amma təəssüf ki, elə həmin il biz həmçinin 50 milyon dollar yığılmış zərərə doğru gedirdik. Bu, təkrarlanabilən, miqyaslaşdırılabilən biznes modelinə uyğun deyildi. Beləliklə, "Netflix" 5 milyon dollar gəlir və 50 milyon dollar zərərlə üzləşən ehtiyatlı sahibkarların etdiyi şeyi etdik: strateji alternativləri təqib etməyə qərar verdi".
O qeyd edib ki, hazırda şirkətin bazar kapitalı 500 milyard ABŞ dollarından çoxdur: "Biznesmenlər riskə girməkdən qorxmamalıdırlar. Əlbəttə ki, insanlar bir hər hansı addımı atmaqdan və əvvəlcədən nə olacağını bilməmək hissindən çəkinməməlidirlər. İnsanlar irəlidə nə olacağını bilmədən bir yola başlamağa hazır olmalıdırlar. Amma siz sadəcə kor-koranə gəzə bilməzsiniz. Bu mənada bəzi prinsiplər lazımdır. Sizə istiqamət lazımdır. Sizə qütb ulduzu lazımdır. Ən əsası, sizin bir ideyanız olmalıdır".