Nərminə Həsənova: "Şagirdlərimiz beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar"

Biznes
  • 13 iyun, 2026
  • 13:20
Nərminə Həsənova: Şagirdlərimiz beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar

Azərbaycanlı şagirdlər beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu titulunu qazanıblar.

"Report" xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, beynəlxalq səviyyədə əhəmiyyətli nailiyyətlər əldə olunub: "Şagirdlərimiz iki dəfə dünya çempionluğunu qazanıblar. Ümumi nəticələrimiz isə olduqca sevindiricidir: bir gümüş, bir bürünc medal qazanmışıq".

N. Həsənova vurğulayıb ki, təqdim edilən layihələr məhsullar və maraqlı olmaqla yanaşı, fərqli idi: "Müsabiqədə 70-dən artıq iştirakçı yarışıb, münsiflər heyəti isə 33 ölkədən nümayəndələrdən ibarət olub. Bizim layihələr yüksək qiymət alıb və onlara buna görə minnətdarlığımı bildirirəm. Şagirdlərimiz bu uğurlara tam mənası ilə layiqdirlər".

44 filmi