"Neokart" sahibləri "Black Friday"də 5% keşbek qazanacaq!
- 25 noyabr, 2025
- 10:37
"Bank Respublika" kart sahibləri "Trendyol" və "Aliexpress" kimi saytlarda 5% keşbek qazanacaq!
Həftəsonu "Black Friday" endirimlərini səbirsizliklə gözləyirsiniz? Məşhur onlayn ticarət platformalarından özünüzə və doğmalarınıza hədiyyə almağı planlayırsınız? Bəs hədiyyə alarkən yüksək keşbek qazanmaq istəyirsiniz?
O zaman "Bank Respublika"nın "Neo Friday" kampaniyasından mütləq faydalanın!
Belə ki, kampaniya çərçivəsində 27, 28 və 29 noyabr tarixlərində onlayn ticarət platformalarında - ("Trendyol Azərbaycan", "Aliexpress", "Wildberries", "Ozon", "Joom") "Bank Respublika"nın "NeoKart" kartı ilə ödənişlərini edən müştərilər 5% KEŞBEK qazanacaq.
Kampaniyanın özəllikləri:
- Kampaniya müddətində yalnız 5262 (Marketplace) MCC kodlu ilə onlayn alış-verişlər 5% keşbek qazanacaq;
- Kampaniya 27, 28 və 29 noyabr tarixlərində aparılmış onlayn ticarət əməliyyatları üçün nəzərdə tutulub;
- Kampaniya çərçivəsində qazanılacaq maksimal keşbek məbləği - 50 AZN təşkil edəcək.
- Kampaniyadan faydalanmaq üçün Mobil Şöbə tətbiqində kateqoriya seçimi etmək mütləqdir
"NeoKart" sahibi deyilsinizsə, kartı elə indi bankın rəsmi internet səhifəsində onlayn sifariş edin, pulsuz evinizə çatdırılsın!
Bu fürsəti əldən verməyin, "Black Friday" alış-verişlərinizi "NeoKart" ilə edin daha çox qazanın!