“Neftçala Kəndkimya”nın icra orqanı seçiləcək

Biznes
  • 18 yanvar, 2017
  • 06:18
“Neftçala Kəndkimya”nın icra orqanı seçiləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Fevralın 18-də “Neftçala Kəndkimya” ATSC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yığıncaq saat 12:00-da Neftçala rayonunun Qədimkənd ərazisində, səhmdar cəmiyyətin binasında baş tutacaq.

Yığıncağın gündəliyinə müəssisənin icra orqanının seçilməsi, ATSC-dən ASC-yə çevrilməsi ilə əlaqədar nizamnaməsinin dəyişdirilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Neftçala Kəndkimya” ATSC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 248 132 manatdır.