Nazir müavini: "Məşğulluq sahəsində özəl sektorun payı 75%-i ötüb"

Biznes
  • 20 dekabr, 2017
  • 07:30
Nazir müavini: Məşğulluq sahəsində özəl sektorun payı 75%-i ötüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanda həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumi daxili məhsulda özəl sektorun payı 80%-i ötüb.

"Report" xəbər verir ki, bunu "Lisenziyalar və icazələr" portalının təqdimat mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, məşğulluq sahəsində özəl sektorun payı 75%-i ötüb: "Bu günə qədər Azərbaycanda 860 mindən çox sahibkar qeydiyyatdan keçib. "ASAN Xidmət" mərkəzlərində İqtisadiyyat Nazirliyinin əməkdşaları tərəfindən 35 mindən artıq sahibkara konsaltinq xidmətləri göstərilib. İndiyədək "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə 4 832 lisenziya verilib ki, bunun da 2 676-sı yeni verilən, 2 156-sı isə müddətsiz lisenziyalarla əvəz edilən lisenziyalardır".