Nazir müavini: "Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində islahatlar davam edəcək"

Biznes
  • 05 iyun, 2018
  • 08:03
Nazir müavini: Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində islahatlar davam edəcək
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov
Report

Bakı. 5 iyun. REPORT.AZ/ "Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatı üçün rolu önəmlidir. Bu sahədə islahatlar davam edəcək".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün ciddi addımlar atılır: "Bu sahənin inkişafına yeni nəfəsin verilməsi üçün Prezident İlham Əliyev kiçik və orta sahibkarlığın inkişafı üçün yol xəritəsini təsdiq edib. Bu işlərin sistemli şəkildə həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi yaradılıb".

44 filmi